Apr 161 min

Musa “Yurqorden”in U-21-də qol vurdu!

Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı "Yurqorden"in U-21 komandasının heyəti ilə oyuna çıxıb.

90plus.az xəbər verir ki, gənclərdən ibarət komanda Elit Liqanın kuboku matçında "Norççepinq"dən olan həmyaşıdlarını qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Bütün 90 dəqiqəni meydanda olan M.Qurbanlı 52-ci dəqiqədə penaltidən komandasının yeganə qolunu vurub.

Aprelin 14-də “Yurqorden”in əsas komandası “Sirius”la qarşılaşıb, Musanın adı bu oyunun iştirakçıları sırasına daxil edilməyib. “Yurqorden”in baş məşqçisi Tomas Lagerlöf bunu komandadakı rəqabətlə əlaqələndirib.

    0