Aug 3, 20211 min

Məmmədyarov yenə erməni şahmatçı ilə qarşılaşacaq


 
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan "Chessable Masters"də bu gün 1/4 final görüşlərinə start veriləcək.
 

 
90plus.az xəbər verir ki, Şəhriyar Məmmədyarov bu raundda Levon Aronyanla (Ermənistan) üz-üzə gələcək.
 

 
Çempionlar Turu
 
1/4 final cütləri
 

 
Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan)
 

 
Uesli So (ABŞ) - Yorden Van Forest (Niderland)
 

 
Alireza Firuzca (FIDE) - Le Kuanq Lyem (Vyetnam)
 

 
Hikaru Nakamura (ABŞ) - Vladislav Artemyev (Rusiya)

    0