Jun 9, 20211 min

Məmmədyarovdan qələbə, Rəcəbovdan heç-heçə

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov "Grand Chess Tour" seriyasının ilk mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti oyunlarına çıxıblar.

90plus.az
 
90plus.az xəbər verir ki, Məmmədyarov 5-ci turda qara fiqurlarla Konstantin Lupuleskuya (Rumıniya) qalib gəlib. Rəcəbov isə ağ fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuka ilə heç-heçə edib.


 
Beş turdan sonra 3 xalı olan Məmmədyarov Uesli So (ABŞ) və Qrişukla birlikdə ilk 3 pilləni bölüşdürür. Rəcəbov isə 2,5 xalla 6-cıdır.
 

Qeyd edək ki, bu mərhələnin oyunları Rumıniyanın paytaxtı Buxarestdə keçirilir.

    0