May 15, 20221 min

Namik Ələskərov “Bursaspor”dan ayrılır

Ötən gün Türkiyə 1-ci liqasını tərk edəcəyi dəqiqləşən “Bursaspor”un azərbaycanlı futbolçusu Namik Ələskərov komandanı tərk edəcək.


 
90plus.az xəbər verir ki, reqlamentə əsasən Türkiyə 2-ci liqasında legioner futbolçu oynaya bilməz. Bu səbəbdən Namik komandada qalmayacaq.

Məlumatı Ələskərovun meneceri Vaqif Heydərli də təsdiqləyib:

“Bəli, Namik “Bursaspor”dan ayrılacaq, amma bunun hansı formada olacağı yaxınlarda bilinəcək. Çünki komandanın 1-ci liqanl tərk etməsi hələ dünən bilinib. Görüşüb danışacağıq, ondan sonra biləcəyik”.

V.Heydərli Namikin təkliflərinin olduğunu da bildirib: “Təklifləri var, amma konkret deməyək. Bu vaxta qədər bilinmirdi ki, Namiq komandada qalacaq, yoxsa yox. İndi bilinir. Danışıqlar bundan sonra olacaq”.


 
Qeyd edək ki, ötən ildən "Bursaspor"da çıxış edən Namik 1-ci liqada 32 oyuna 6 qol, 6 qol ötürməsi ilə yadda qalıb. Onun Bursa təmsilçisi ilə 2023-cü ilin yayına qədər müqaviləsi var.

    0