Jul 31, 20211 min

"Neftçi" - HİK cütünün məğlubu üçün potensial rəqiblər

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Neftçi" - HİK (Finlandiya) cütünün məğlubunun Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

90plus.az
 
90plus.az UEFA-nın saytına istinadən xəbər verir ki, sözügedən görüşün məğlubu Konfrans Liqasının pley-off mərhələsinin püşkündə Çempionlar yolunda səpələnmişlər siyahısında yer alacaq və aşağıda qeyd olunan cütlüklərdən birinin qalibi ilə qarşılaşacaq.
 

 
“Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları)
 

 
“Linfild” (Şimali İrlandiya – “Fola” (Lüksemburq)
 

 
“Şemrok Rovers” (İrlandiya) – “Teuta” (Albaniya)
 

 
“Riqa” (Latviya) – “Hibernians” (Malta)
 

 
“Priştina” (Kosovo) – “Bodo Qlimt” (Norveç)
 

 
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi avqustun 2-i keçiriləcək.

    0