Jun 23, 20221 min

"Neftçi"nin "Aris"lə oyunlarının başlama saatı açıqlanıb


 


 
“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin "Aris" klubuna qarşı keçirəcəyi oyunların başlama saatı müəyyənləşib.
 

90plus.az xəbər verir ki, "ağ-qaralar"ın ilk matçı iyulun 21-də səfərdə olacaq. "AEK Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
 

 
İyulun 28-də "Bakcell Arena"da təşkil olunacaq cavab qarşılaşması isə saat 21:00-da başlanacaq.

    0