Apr 51 min

Nicat Abasov İddiaçılar turnirində ilk görüşünü keçirib

Dünən Kanadanın Toronto şəhərində başlayan şahmat üzrə İddiaçılar Turnirində Azərbaycan təmsilçisi Nicat Abasov da mübarizəyə başlayıb.

90plus.az xəbər verir ki, qrossmeysterimiz ilk turda hazırkı dünya ikincisi Yan Nepomnyaşi (FIDE) ilə heç-heçə oynayıb. Partiya 34-cü gedişdə sona çatıb.

Qeyd: Turnir aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Qalib 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.

    0