May 14, 20211 min

Olimpiadanın ləğvini 350 min insan dəstəkləyir

Yaponiyada Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğvini dəstəkləyən petisiya üçün 350 mindən çox imza toplanıb.

90plus.az xəbər verir ki, "Change.org" onlayn platformasında olan petisiya yaponiyalı hüquqşunas və siyasətçi Kenci Utsunomiya tərəfindən başladılıb.

"Bir həftədən çox müddətdə bu qədər tərəfdar toplamağı bacardıq. Bu, məni çox ruhlandırdı. Mövzu ölkədə və xaricdə geniş rezonans doğurdu. Oyunların ləğv edilməsini istəyirik".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

    0