Apr 161 min

Paris-2024-ün məşəli alovlanıb!

Fransanın paytaxtı Parisdə 2024-cü ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb.

90plus.az xəbər verir ki, ənənəyə görə bu tədbir Yunanıstanın qədim şəhəri Olimpiada gerçəkləşib.

İlk məşəl daşıyan fransalı, 2004-cü ildə üzgüçülük üzrə Olimpiya çempionu Laure Manadu olub.

Qeyd: Fransada təşkil ediləcək Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

    0