Jan 22, 20211 min

PFL: Bu gün "Keşlə" "Sumqayıt"ı qonaq edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun son oyunu keçiriləcək.

90plus.az xəbər verir ki, turun son oyununda "Keşlə" "Sumqayıt"ı qonaq edəcək.
 

 
Bu komandalar indiyədək 32 dəfə üz-üzə gəliblər. Oyunların yarısında "Keşlə" qalib gəlib. "Sumqayıt" 7 qələbə qazandığı halda, 9 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də paytaxt komandası öndədir - 49:31.

Digər tərəfdən, “Sumqayıt” bugünkü rəqibi üzərində 4 oyundur qələbə qazana bilmir. “Keşlə”nin son 5 ev qarşılaşmasında hər iki komanda qol vurub. Paytaxtdakı son 4 qarşılaşmada eyni hesab variantı qeydə alınsa da, hər komanda iki dəfə qalib gəlib.

Azərbaycan Premyer Liqası, XIV tur
 
22 yanvar (cümə)

16:00. "Keşlə" - "Sumqayıt"
 
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamranbəy Rəhimov
 
Hakim-inspektor: Munis Abdullayev
 
AFFA nümayəndəsi: Eldəniz Musayev
 
"ASK Arena"

Qeyd edək ki, turun ilk 3 oyununda evdə "Zirə" Qəbələ"ni 2:0, səfərdə "Neftçi" "Səbail"i 3:1, "Qarabağ" isə "Sabah"ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

    0