Apr 141 min

“Qarabağ” “Sabah”a uduzdu!

Azərbaycan Premyer Liqasında 30- tur başa çatdı.

90plus.az xəbər verir ki, Qurban Qurbanovun kollektivi çempionatda ardıcıl 7 qələbədən sonra büdrədi. Ağdam klubu Premyer Liqada 2023-cü ilin oktyabrından bəri ilk dəfə məğlub oldu:

Sabah 3-2 Qarabağ

Leandro Andrade 7'

Seydiyev A. 16’

Sekidika J. 38’

Mutəllimov T. 57’

Axundzadə N. 76’

Qollar:

https://t.me/doxsanplus/80147

https://t.me/doxsanplus/80150

https://t.me/doxsanplus/80156

https://t.me/doxsanplus/80162

https://t.me/doxsanplus/80163

Krunoslav Renduliçin komandası ardıcıl 2 məğlubiyyətdən sonra qələbə qazandı. Masazır təmsilçisi son 5 ev oyununda 4-cü qalibiyyətinə sevindi. Xallarının sayını 43-ə çatdıran “Sabah” 5-ci pillədə qərarlaşıb.

İndi 72 xala malik “Qarabağ” ən yaxın izləyicisi “Neftçi”ni 25 xal qabaqlayır.

Bu da 30 turdan sonra turnir cədvəli. FOTO

Bombardirlər:

1.Olavio Juninyo ("Qarabağ") - 17 qol

2.Aleksandr Ramalinqom ("Səbail") - 12 qol

3.Yassin Benzia ("Qarabağ") - 11 qol

4.Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

    0