Aug 3, 20211 min

"Qarabağ"ın səfər proqramı bəlli oldu

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda AEL-in qonağı olacaq "Qarabağ" FK bu gün Kiprə yollanacaq.
 

 
90plus.az klubun saytına istinadən xəbər verir ki, komandanı Larnaka şəhərinə aparacaq təyyarə saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
 

 
Baş məşqçi Qurban Qurbanov avqustun 4-ü yerli vaxt ilə 19:45-də (Bakı vaxtı ilə 20:45) mətbuat konfransında iştirak edəcək. Son məşq isə yerli vaxt ilə 20:00-da (Bakı vaxtı ilə 21:00) matçın oynanılacağı “AEK Arena” stadionunda olacaq.
 

 
Qeyd edək ki, AEL - "Qarabağ" matçı avqustun 5-də "AEK Arena" stadionunda Bakı vaxtı ilə 21:00-da keçiriləcək.

    0