Apr 24, 20231 min

“Real Madrid” yeni transfer hədəfləyib

"Real" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

90plus.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi "Selta"nın futbolçusu Qabri Veyqa ilə danışıq aparır.

Klubların bu transferlə bağlı razılığa gəldiyini bildirilib. Bu keçid üçün "Real"ın 40 milyon avro ödəyəcəyi iddia olunur.

Qeyd edək ki, Qabri Veyqa "Selta"nın yetirməsidir. İspaniya U-21 millisinin üzvü bu mövsüm "Selta"da 32 rəsmi matçda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

    0