Feb 27, 20231 min

Rövşən Hüseynli Qazaxıstanda 2 qol vurdu

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Qazaxıstan çempionatında dubl edib.

90plus.az xəbər verir ki, "Atırau" komandasında çıxış edən qolkiper 32-ci turda "Astana" ilə matçda fərqlənib.

O, 4:1 hesabı ilə qalib gəldikləri oyunun 27 və 30-cu dəqiqələrdə rəqib qapısına yol tapıb. Bu, onun Qazaxıstan çempionatında 3-cü qoludur.

Qeyd edək ki, Rövşən Hüseynli oktyabrdan "Atırau"da icarə əsasında çıxış edir. O, müqavilə ilə "Araz-Naxçıvan"a məxsusdur. 

    0