Mar 281 min

Sabah Azərbaycan çempionu müəyyənləşə bilər…

Sabah 2023/24 mövsümü Misli Premyer Liqasının qalibi müəyyənləşə bilər.

90plus.az xəbər verir ki, sabah 28-ci turda lider "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Kəpəz"lə qarşılaşmada qalib gəlsə, 11-ci dəfə Azərbaycan çempionu olacaq. 

Bundan başqa, "Kəpəz"lə oyunda mümkün heç-heçə də "Qarabağ"ı çempion edir.

"Kəpəz" - "Qarabağ" matçı martın 29-u, saat 19:00-da başlanacaq.

Misli Premyer Liqası, 28-ci tur / 29 mart:

Saat 16:30 Qəbələ - Neftçi

TV: CBC Sport

Saat 19:00 Kəpəz - Qarabağ

TV: CBC Sport

    0