Jan 25, 20221 min

“Sabah”dan Antalyada ardıcıl 3-cü heç-heçə

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama matçına çıxıb.


 
90plus.azxəbər verir ki, Murad Musayevin çalışdırdığı kollektiv Antalyadakı son sınağında Serbiyanın “Mladost” (Luçani) komandası ilə üz-üzə gəlib.

Oyunda hesabı Azərbaycan təmsilçisi açıb. Coy-Lens Mikels komandasını hesabda önə keçirib. Lakin serbiyalılar sonda məğlubiyyətdən xilas ola biliblər. Beləcə, “Sabah” üçüncü sınağından da 1:1 hesablı heç-heçə ilə ayrılıb.

Xatırladaq ki, “Sabah” Türkiyədəki əvvəlki iki sınaq matçında Macarıstanın “Pakş” və Ukraynanın “Zarya” komandaları ilə də 1:1 hesablı heç-heçə etmişdi.

Yoxlama oyunu
 

 
25 yanvar

Sabah – Mladost 1:1

    0