Apr 251 min

“Sabah” UEFA turnirində ölkəmizi təmsil edəcək

Azərbaycanı UEFA Gənclər Liqasında “Sabah” təmsil edəcək.

90plus.az xəbər verir ki, “Kəpəz”i 5:0 hesabıyla məğlub edən “Sabah”ın U-19 komandası AFFA Gənclər Liqasında çempionluğu rəsmiləşdirib.

Beləcə, qarşıdakl mövsümdə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil etmək hüququ qazanıb.

Qeyd: Keçən mövsüm “Qəbələ”nin U-19 komandası UEFA turnirində ölkəmizi təmsil edib.

    0