May 6, 20211 min

Seçmə mərhələnin oyunları təxirə salınıb

2022-ci dünya çempionatının Afrika zonası üzrə iyunda keçirilməsi planlaşdırılan seçmə mərhələ oyunları təxirə salınıb.

90plus.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səbəb kimi koronavirus pandemiyasının yaratdığı çətinliklər göstərilib.

Oyunların sentyabr - noyabrda, həmçinin 2022-ci il martında təşkili nəzərdə tutulub.

    0