Jan 28, 20231 min

"Trabzonspor" Hataydan əliboş qayıdır

"Trabzonspor” Türkiyə Super Liqasında növbəti oyununa çıxıb.

90plus.az xəbər verir ki, komanda 21-ci turda “Hatayspor” klubunun qonağı olub. Görüş  ev sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Trabzonspor” turnir cədvəlində 35 xalla 6-cı, “Hatayspor” isə  20 xalla 14-cü pillədə qərarlaşıb.

Türkiyə Super Liqası 21-ci tur:

“Hatayspor” 2-1 “Trabzonspor”

Qollar : E.Bardhi 9’,

  A. El Kaabi 47

B.Ö. Yıldırım 50’

    0