Jul 31, 20231 min

“Turan Tovuz” – “Araz-Naxçıvan” matçının vaxtı və məkanı dəyişib

Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun vaxtı və məkanı dəyişib.

90plus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Araz-Naxçıvan”ın meydan sahibi olacağı görüş avqustun 4-də, saat 20:00-da “Dalğa Arena”da başlayacaq.

Komandaların əvəzediciləri arasındakı qarşılaşma bir gün sonra, saat 17:00-da Binə qəsəbə stadionunda keçiriləcək.

    0