Mar 22, 20231 min

“Turan Tovuz” panamalı futbolçu transfer edib

"Turan Tovuz" klubu yeni futbolçu transferini gerçəkləşdirib.

90plus.az xəbər verir ki, panamalı Roderik Millerlə anlaşılıb.

31 yaşlı müdafiəçi ilə 3 ay + 1 il müddətində rəsmi müqavilə bağlanıb.

Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, sözləşmənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.

Qeyd edək ki, Roderik Miller 31 dəfə Panama millisinin formasını geyinib.

    0