Apr 2, 20211 min

Türkiyədə daha 3 koronavirusa yoluxma faktı

90plus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) 3 hakimin koronavirusa yoluxduğunu bildirib.

Onlardan ikisi baş, biri isə köməkçi hakimdir. Adları açıqlanmayan referilər karantinə alınıb.

Bu ilk hal deyil. Daha öncə "Hatayspor - Qalatasaray" matçının baş hakimi dəyişdirilib. Qarşılaşma Fırat Aydınusun yerinə Abdülkadir Bitigenə həvalə edilib. İstanbul təmsilçisi Aydınusun testinin müsbət çıxdığını bəyan edib.

    0