Apr 261 min

Təbriz təmsilçisi İran kubokunun 1/4 finalında!

Cənubi Azərbaycan təmsilçisi “Traktor Təbriz” bu gün İran kubokunun 1/8 final oyununa çıxıb.

90plus.az xəbər verir ki, “Səhənd” stadionunda baş tutan matçın əsas vaxtı 1-1 başa çatdığı üçün əlavə vaxt oynanılıb. Amma tərəflər fərqlənməyib. Penaltilərdə isə Təbriz təmsilçisi dəqiq olub:

Traktor Təbriz 1-1 Zob Ahan

(Pen: 3-1)

Mehdi 46'

Eslami 62'

Beləcə, “Traktor” 1/4 finala adlayıb.

Qeyd: Ölkə çempionatının turnir cədvəlində Təbriz təmsilçisi 16 komanda içində 4-cü yerdədir. “Zob Ahan” isə 8-cidir.

    0