Jun 16, 20211 min

"Təəssüf, ediləcək bir şey yoxdur" Mert Müldür

Türkiyə millisinin futbolçusu Mert Müldür Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Uelsə 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

90plus.az "NTV Spor"a istinadən xəbər verir ki, o, məğlubiyyətə görə çox məyus olduqlarını deyib: "Bu matçda qələbə qazanmaq məcburiyyətində olduğumuzu bilirdik. Təəssüfləndirici durumdur, artıq ediləcək bir şey yoxdur. Ən yaxşı qrup üçüncüsü olaraq növbəti mərhələyə çıxıb-çıxmayacağımızı bilmirəm. Amma əlimizdən gələni üçüncü matçda göstərməliyik".


 
Qeyd edək ki, M.Müldür Uelslə görüşün 72-ci dəqiqəsində meydana daxil olub.

    0