Nov 17, 20221 min

U-21 millimiz böyük hesabla uduzdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın U-21 yığması bu gün yoxlama görüşünə çıxıb.

90plus.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi komanda Macarıstanın U-21 yığması ilə qarşılaşıb.

Qarşılaşma macarların 3:0 hesablı qələbəsiylə yekunlaşıb. 

Qeyd edək ki, millimiz noyabrın 20-də isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

    0