Jul 14, 20211 min

UEFA Avro-2020-nin finalı ilə bağlı intizam işi açıb

UEFA İtaliya və İngiltərə yığmaları arasında keçirilən Avropa çempionatının final oyunu ilə bağlı intizam işi açıb.

90plus.az xəbər verir ki, istintaq müddətində azarkeşlərin meydana icazəsiz girişi, tribunadan oyun sahəsinə yad əşyaların atılması, fanatların priotexniki vasitələrdən istifadə etməsi və dövlət himnləri zamanı baş verən hadisələr araşdırılacaq.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin təyin etdiyi xüsusi müfəttiş stadionun içində və xaricində azarkeşlərin yol verdiyi hərəkətlərlə bağlı ayrıca intizam araşdırması aparacaq.

Qeyd edək ki, finalda İngiltərəni 2:1 hesabı ilə məğlub edən İtaliya millisi Avropa çempionu olub.

    0