Jan 19, 20211 min

UEFA "Qarabağ"a növbəti ödəniş etdi

UEFA "Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsindəki çıxışı ilə əlaqədar ödəniş edib.

"90plus.az"ın məlumatına görə, Ağdam təmsilçisi bu mövsüm qrupda bir heç-heçə ilə kifayətləndiyi üçün 190 min avro qazanıb. Bu, 2020-ci il dekabrın 3-də V turda Türkiyənin İstanbul şəhərində İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə 1:1 hesablı nəticənin qeydə alındığı ev oyununa təsadüf edib.

Vəsait AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.

    0