Nov 27, 20221 min

Xorvatiyadan qələbə, Kanada qrupda qaldı!

Qətərdə təşkil olunan DÇ-2022-də qrup mərhələsinin 2-ci turunun oyunları davam edir.

90plus.az xəbər verir ki, bu günə nəzərdə tutulan dörd matçdan ikisi başa çatıb.

E qrupunda Bakı vaxtı ilə saat 14:00-da Yaponiya Kosta-Rika ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Saat 23:00-da İspaniya Almaniya ilə qarşılaşacaq.

F qrupunda Belçika Mərakeşlə qarşılaşıb. Oyun Mərakeşin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər görüşündə isə Xorvatiya Kanada ilə üz-üzə gəlib. Oyun xorvatların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Hər iki görüşdə uduzan Kanada millisi pley-offa çıxmaq şansını itirib.

    0