Mar 29, 20231 min

Yusuf Demir “Qarabağ”la matçda zədələndiyi üçün millidən kənarlaşdırıldı

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Yusuf Demir “Qarabağ”la keçirilən xeyriyyə oyununda zədələndiyi üçün Avstriyanın U-21 yığmasından kənarlaşdırılıb.

90plus.az “Kicker” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi millinin təlim-məşq toplanışına çağırılsa da, “Qarabağ”la Bakıdakı görüşdə topuğundan xəsarət alması baş məşqçi Verner Qreqoritşin qərarını dəyişməsinə səbəb olub.

Oyunçu özü düşərgəyə qoşulmaq istədiyini bildirib. Lakin U-21-in baş məşqçisi zədənin daha da ağırlaşmaması üçün Demirin xidmətindən imtina edib.

Qeyd edək ki, “Qalatasaray”ın “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq matçının start heyətində meydana çıxan Yusuf Demir fasilədən sonra əvəzlənib.

    0