Dec 8, 20221 min

"Zirə" ciddi itki ilə üzləşdi

Azərbaycan kubokunun 1/4 finalında "Neftçi" ilə qarşılaşan "Zirə" ciddi itki ilə üzləşib.

90plus.az xəbər verir ki, Filipe Paxtman zədələnib. Braziliyalı hücumçu ikili mübarizədə yerdə qalıb və oyuna davam etdirə bilməyib.

Paxtman matçın 82-ci dəqiqəsində Muhammed Hamdaui ilə əvəzlənib. O, meydanı xərəkdə tərk edib.

    0