Jan 24, 20221 min

"Zirə" yoxlama oyununda heç-heçə edib

Antalyada hazırlıqlarını yekunlaşdırmaq üzrə olan "Zirə" bu gün sonuncu yoxlama matçına çıxıb.
 

 
90plus.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Şimali Makedoniyanın "Breqalnitsa" klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb. "Breqalnitsa" Şimali Makedoniya çempionatında 29 xalla 12 komanda arasında 4-cü pillədə qərarlaşıb.
 

 
Qeyd edək ki, "Zirə" ilk yoxlama matçında Macarıstan "Peç"inə 3:5 hesabı ilə məğlub olub, "Qurnik"lə (Leçna) bərabərə qalıb - 2:2.
 

 
24 yanvar
 

 
"Zirə" – "Breqalniça" - 1:1
 
Qollar: Volkov, 14 – Duyovski, 5

    0