Feb 22, 20221 min

Çempionlar Liqası finalının Rusiyadan alınması ilə bağlı UEFA-nın mövqeyi bilinib!

Çempionlar Liqasının 2021/2022 mövsümünün final matçının təxirə salınması ilə bağlı məsələ hazırda nəzərdən keçirilmir.

90plus.az xəbər verir ki, bu barədə UEFA-dan "Evening Standard"a verilən açıqlamada bildirilir.

"Avropa futbol qurumu vəziyyəti daim diqqətlə izləyir. Hazırda final oyununun yerinin dəyişdirilməsinə dair plan yoxdur", - deyə vurğulanır.

Daha əvvəl Britaniyanın "Mirror" və "Daily Star" nəşrləri mayın 28-də keçirilməli olan final matçının "Qazprom Arena"dan alınmasının mümkünlüyünü yazıb. UEFA-nı bu addıma vadar edəcək səbəb kimi Rusiya və Ukrayna arasında münaqişənin böyüməsidir.

    0