Jun 15, 20221 min

Çempionlar Liqası: "Qarabağ"ın növbəti mərhələdəki mümkün rəqibi bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.
 

 
90plus.az xəbər verir ki, saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da mümkün rəqibi müəyyənləşəcək.
 

 
"Köhlən atlar" I təsnifat mərhələsində Polşa "Lex"ini keçəcəyi təqdirdə, növbəti raundda "Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan), "Şkupi" (Şimali Makedoniya) - “Linkoln” (Cəbəllütariq) cütlərindən birinin qalibi ilə və ya İsveçrə "Sürix"i ilə görüşəcək.
 

Bundan əlavə, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının da rəqibi bilinəcək.
 

Çempionlar Liqası
 
II təsnifat mərhələsi
 
Səpələnmişlər
 
“Dinamo” (Zaqreb, Xorvatiya)
 
“Olimpiakos” (Yunanıstan)
 
“Viktoriya” (Çexiya)
 
"Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan) cütünün qalibi
 
"Malmö” (İsveç) - İlkin mərhələnin qalibi cütünün qalibi
 
"Lüdoqorets" (Bolqarıstan) - "Sutyeska" (Monteneqro) cütünün qalibi
 
"Zrinski" (Bosniya və Herseqovina) - "Şerif" (Moldova) cütünün qalibi
 
"Pünik" (Ermənistan) - ÇFR (Rumıniya) cütünün qalibi
 
"Tobol" (Qazaxıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi
 
"Budye Qlimt" (Norveç) - "Klasksvik" (Farer adaları) cütünün qalibi
 

Səpələnməmişlər
 
"Maribor" (Sloveniya) - "Şaxtyor" (Soliqorsk, Belarus) cütünün qalibi
 
"Düdelanj" (Lüksemburq) - "Tirana" (Albaniya) cütünün qalibi
 
"Balikani" (Kosovo) - "Jalgiris" (Litva) cütünün qalibi
 
HIK (Finlandiya) - RFŞ (Latviya) cütünün qalibi
 
TNS (Uels) - “Linfild” (Şimali İrlandiya) cütünün qalibi
 
"Şemrok Rovers" (İrlandiya) - "Hibernians" (Malta) cütünün qalibi
 
"Şkupi" (Şimali Makedoniya) - “Linkoln” (Cəbəllütariq) cütünün qalibi
 
"Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) cütünün qalibi
 
“Makkabi” (Hayfa, İsrail)
 
“Sürix” (İsveçrə)
 

Liqa yolu
 
II təsnifat mərhələsi
 
“Dinamo” (Kiyev, Ukrayna)
 
“Midtüllan” (Danimarka)
 
“Fənərbağça” (Türkiyə)
 
AEK (Kipr)
 

Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də keçiriləcək.

    0