Mar 16, 20231 min

ÇL-in püşkatması sabah keçiriləcək

Sabah Çempionlar Liqasında 1/4 və 1/2 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

90plus.az xəbər verir ki, UEFA-nın qəragahında keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

1/8 finalın qalibi olan 8 komanda bu dəfə səbətlərə bölünməyəcək və açıq püşk yolu ilə seçiləcək. Buna görə də 1/4 və 1/2 finalda bir ölkədən 2 komandanın bir-birilərinə rəqib olması mümkündür.

Püşkatmada aşağıda adları qeyd olunan komandalar iştirak edəcəklər:

“Bavariya” (Almaniya)

“Benfika” (Portuqaliya)

“İnter" (İtaliya)

"Mançester Siti" (İngiltərə)

"Milan" (İtaliya)

"Napoli" (İtaliya)

"Real" (İspaniya)

"Çelsi" (İngiltərə)

Bundan başqa, martın 17-i Avropa Liqası və Konfrans Liqasında da 1/4 və 1/2 final mərhələlərinin püşkü atılacaq. Bu yarışların püşkatma mərasimi isə müvafiq saat 16:00 və 17:00-da başlanacaq. Püşkatma iştirakçılarının hamısının adlarına bugünkü cavab matçlarından sonra aydınlıq gələcək.

    0