Apr 161 min

Şahmat: Şəhriyardan Nicata dəstək!

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti ABŞ təmsilçisi Hikaru Nakamuraya məğlub olub.

90plus.az xəbır verir ki, 10-cu turda ABŞ təmsilçisinə 0:1 məğlub olan qrossmeysterimiz turnir cədvəlində 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Nakamura isə 5,5 xalla 3-5-ci yerləri bölüşdürür.

Şahmatçılar arasında əvvəlki görüşdə heç-heçə qeydə alınmışdı.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov şəxsi feysbuk hesabında Nicata dəstək paylaşımı edib:

"Belə turnirdə ölkəmizi təmsil etdiyin üçün böyük təşəkkürlər. Nicat bacardığını edir, bu, gözəldir. Bu yarışda məğlubiyyət ağır olur. Sonadək inanırıq və bir gözəl qələbə gözləyirik. Sənin yanında olmaq xoşdur. Uğurlar".

    0