Apr 251 min

Əliyar Ağayev Fatih Terimin komandasının oyununda

Azərbaycanlı FİFA referimiz Əliyar Ağayev Yunanıstan Superliqasında "Panatinaikos" - "Aris" oyununa baş hakim təyin olunub.

90plus.az xəbər verir ki, aprelin 28-də keçiriləcək oyunda Ə.Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Əkif Əmirəli kömək edəcəklər. Kamal Umudlu isə VAR-da yer alacaq.

Qeyd: Matç saat 21:30-da başlayacaq.

Fatih Terimli “Panatinaikos” son oyunda çempionluq yolunda vacib xallar itirib.

AEK 3-0 Panatinaikos

Yunanıstan Super Liqasının Çempionluq turunda son durum:

1. AEK - 75 xal

2. Panatinaikos - 71 xal

3. PAOK - 68 xal.

    0