Apr 41 min

Əsas millimiz 1 pillə irəlilədi!

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

90plus.az xəbər verir ki, bir pillə irəliləyən Azərbaycan yığması 112-ci olub.

Hazırda baş məşqçisiz olan milli Bakıda keçirilmiş “FIFA series - Edition 2024” layihəsində Monqolustanı 1:0 hesabı ilə üstələyib, Bolqarıstan kollektivi ilə heç-heçə edib - 1:1.

Qeyd: Siyahıya son dünya çempionu Argentina başçılıq edir. Fransa ikinci, Belçika üçüncüdür.

    0