Ançelotti “Botafoqo”nu çalışdıracaq
 
                             
                         
                             
                                Davide Ançelotti “Botafoqo”nun yeni baş məşqçisi olacaq – Here we go!
90plus.az xəbər verir ki, “Real Madrid”də Karlo Ançelottinin əsas köməkçisi olmuş Davide Ançelotti karyerasında ilk dəfə baş məşqçi kimi çalışacaq. Məşhur insayder Fabrizio Romano və GeGlobo-nun məlumatına görə, 34 yaşlı mütəxəssis Braziliya klubu “Botafoqo” ilə razılığa gəlib.
Gənc məşqçi daha əvvəl “Reyncers”ə də yaxın idi, lakin seçimində “Foqao” üstünlük qazanıb.
Davide Ançelotti “Real Madrid”də atasının sağ əli kimi tanınırdı və bir neçə mövsüm ərzində komandanın məşq prosesi və taktiki hazırlığında əsas fiqurlardan biri olub.
Bu transferlə Davide Ançelotti ilk dəfə müstəqil şəkildə baş məşqçi rolunda özünü sınayacaq.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved