“Real”ın çalışdırıcısı Karlo Ançelotti “Qızıl top” - 2024-də ilin ən yaxşı məşqçisi seçilməsi barədə danışıb.
90plus.az xəbər verir ki, 65 yaşlı italiyalı mütəxəssis əsas “Qızıl top”u daha öncə qazandığını söyləyib:
“Təbii ki, ilin ən yaxşısı seçildiyim üçün xoşbəxtəm. “Qızıl top” artıq təqdim edilib və biz bütün qalibləri təbrik etməliyik. Mən öz “Qızıl top”umu iyunun 1-də, Çempionlar Liqasının qalibi olanda qazanmışdım”.
Qeyd: Ançelotti "Baloon D'Or"da Xabi Alonso (“Bayer”), Xosep Qvardiola (“Mançester Siti”), Luis de la Fuente (İspaniya millisi) və Lionel Skalonini (Argentina millisi) qabaqlayıb.
Mənbə: RMC Sport
© Copyright 2024, All Rights Reserved