Ançelotti qolsuz Bellinqemi müdafiə etdi
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti bu mövsüm qol hesabını aça bilməyən Cud Bellinqem haqda danışıb.
90plus.az xəbər verir ki, Ançelotti Cudu müdafiə edib:
"Əlbəttə, Bellinqem daha çox qol vurmaq istəyir, amma onun performansından razıyıq. Məşqlərdə çox çalışır və komandaya öz töhfələrini verir. Bellinqem bizim üçün vacib oyunçudur".
Qeyd: 21 yaşlı ingilis yarımmüdafiəçi bu mövsüm 6 matçda iştirak edib.
© Copyright 2026, All Rights Reserved