Ançelottidən Neymarla bağlı qərar - XƏTT ÇƏKDİ
Braziliyalı ulduz futbolçu Neymar haqqında diqqətçəkən qərar açıqlanıb.
90plus.az xəbər verir ki, karyerasına başladığı klub olan Braziliya təmsilçisi “Santos”da çıxışını davam etdirən hücumçu ilə bağlı yeni məlumat yayılıb. ESPN-in xəbərinə görə, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti ulduz futbolçunu Dünya Çempionatının heyətinə daxil etmək məsələsində hələ də tam əmin deyil.
Ən yüksək ehtimal…
Son milli fasilə zamanı aparılan müşahidələrin o qədər də ümidverici olmadığı bildirilib. Məlumata əsasən, 34 yaşlı hücumçunun milliyə dəvət olunmama ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.
2025/26 mövsümündə “Santos” forması ilə 5 oyuna çıxan Neymar ümumilikdə 404 dəqiqə meydanda olub. O, bu qarşılaşmalarda 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved