Ançelottiyə həbs şoku
"Real" klubunun baş məşqçisi Karlo Ançelotti İspaniya məhkəməsində ifadə verib.
90plus.az xəbər verir ki, o, vergidən yayınma ittihamlarını qəbul etməyib.
İtaliyalı mütəxəssis 1,08 milyon avro vergi borcu ilə bağlı günahlandırılır. Ançelotti ifadəsində illik xalis 6 milyon avro maaş aldığını və heç bir qanunsuz addım atmadığını bəyan edib.
O, keçmiş illərdə bir çox futbolçu və məşqçinin eyni ödəniş metodundan yararlandığını vurğulayıb.
Qeyd: İspaniya prokurorluğu "Real"ın baş məşqçisi üçün 4 il 9 ay həbs cəzası tələb edib.
© Copyright 2025, All Rights Reserved