Andrade: “Təhlükə idi, amma inamla oynadıq”

Andrade: “2:0 üstünlük təhlükəlidir, amma inamla oynadıq”.
90plus.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Andrade Çempionlar Liqasının qrup mərhələsində “Benfika” üzərində qazanılan tarixi qələbədən sonra fikirlərini bölüşüb.
Futbolçu oyunun çətinliyini vurğulayıb:
"Çətin oyun oldu. “Benfika” çox yaxşı komandadır və qələbə üçün nə qədər mübarizə aparmalı olduğumuzu bilirdik. Futbolda 2:0 üstünlük təhlükəlidir. Çünki rəqib fərqi azaldanda inam dəyişir. Ayaqlarımızı möhkəm yerə basdıq və oyunumuzu oynadıq. “Benfika”dan xal alacağımıza inanaraq bura gəldik”.
Xatırlatma: Bu nəticə ilə “Qarabağ” Azərbaycan futbolu tarixində Çempionlar Liqasının qrup mərhələsində ilk qələbəsini rəsmiləşdirib.
© Copyright 2025, All Rights Reserved