Andrade üçün yubiley matçı - 100-ə çatdı
Misli Premyer Liqasının IX turu Patrik Andrade üçün yubiley xarakteri daşıyıb.
90plus.az xəbər verir ki, “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.
Kabo-verdeli futbolçunun yubileyi “Sabah”la ev matçında (2:2) qeyd olunub. O, start heyətində çıxış etdiyi görüşdə 83 dəqiqə meydanda olub.
Andrade 2020/21 mövsümündə Premyer Liqada debüt edib və iki klubun formasını geyinib. “Qarabağ”da 92 matçda 8 qol vurub, “Araz-Naxçıvan”da isə 8 oyunda iştirak edib.
© Copyright 2025, All Rights Reserved