Ansu Fati Liqa 1 nəhənginə gedir

Ansu Fati “Monako”ya “HƏ” dedi – transfer yaxın günlərdə rəsmiləşə bilər.
90plus.az xəbər verir ki, Ansu Fati yay tətilinə yollanmamışdan əvvəl “Monako”nun təklifinə müsbət cavab verib. Gənc hücumçu Fransa klubunun baş məşqçisi Adi Hütterlə danışdıqdan sonra bu qərarı verib. Klubun icraçı direktoru Tiaqo Skuro da Fatini razı salan əsas fiqurlardan biri olub.
Fatinin “Monako”ya keçidinin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. Lakin transfer hələlik maliyyə detallarına görə ləngiyir. Tərəflər hazırda icarə haqqı, maaş, satınalma imkanı və digər maddələrlə bağlı müzakirələr aparır.
Razılaşma baş tutarsa, Ansu Fati karyerasına Fransa Liqa 1-də davam edəcək.
📰: Mundo Deportivo
© Copyright 2025, All Rights Reserved