Antoni "Betis"də yenidən ulduzlaşdı - STATİSTİKA
90plus.az xəbər verir ki, İspaniya La Liganın 26-cı turunda keçirilən "Betis" – "Sevilya" qarşılaşması 2:2 hesabı ilə başa çatıb.
Meydan sahiblərinin yarımmüdafiəçisi Antoni matçın 16-cı dəqiqəsində hesabı açaraq komandasını önə keçirib. 26 yaşlı braziliyalı futbolçu oyun ərzində fəal performans göstərib.
Antoni qarşılaşma boyunca:
4 zərbə endirib (2-si qapı çərçivəsinə),
Komanda yoldaşları üçün 3 qol imkanı yaradıb,
85% dəqiqliklə ötürmə edib.
Bu nəticə ilə futbolçu cari mövsümdə "Betis" forması ilə 31 oyunda 20-ci məhsuldar fəaliyyətini (11 qol, 9 assist) rəsmiləşdirib. O, orta hesabla hər 124 dəqiqədə birbaşa qol epizodunda pay sahibi olur.
Beləliklə, Antoni mövsüm ərzində "Betis"in hücum xəttində əsas fiqurlardan biri olduğunu bir daha sübut edib.
© Copyright 2026, All Rights Reserved