Antonio ağır avtomobil qəzası keçirdib! FOTO
"Vest Hem"in hücumçusu Maykl Antonio ağır avtomobil qəzası keçiribmiş.
90plus.az xəbər verir ki, bu barədə futbolçunun özü dünən danışıb:
"Polis gəlib məni tapanda iki oturacaq arasında idim. Əslində sürücü oturacağında deyildim".
"Dedilər ki, pəncərədən çıxmağa çalışmışam, amma ayağım çox yerdən qırıldığı üçün, yəqin ki, ağrı məni çölə çıxmağa qoymayıb."
"Maşının arxası üstümə yırğalanırdı, ona görə də özümü təhlükədə hiss edirdim."
Təxminən 3 həftə sonra Antonio avtomobilinin qalıqlarını görməyə gedib...
"Mədəmdə qəribə bir hiss yarandı. Bu, sadəcə, ölməyə nə qədər yaxın olduğumu anlamağa imkan verdi. Şəkilləri görmüşdüm, amma şəxsən yaşadığım 10 qat daha pis idi. Maşın tamamilə parçalanmışdı. Mənim üçün ağır idi."
Antonioya şəfa ən xoş arzular diləyirik...
📰: BBC və @NizaarKinsella
© Copyright 2025, All Rights Reserved