Antuan Semenyonun yeni klubu bəlli oldu
“Bornmut” forması altında Premyer Liqanın ilk yarısına damğa vuran Antuan Semenyonun yeni klubu açıqlanıb. “Mançester Siti” flaş transferə imza atıb.
90plus.az xəbər verir ki, İngiltərə nəhəngi “Bornmut”un 26 yaşlı ulduz futbolçusunu xüsusi təyyarə ilə Mançesterə gətirib. Qanalı hücumçu tibbi müayinələrdən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Məlumata görə, “Mançester Siti” bu transfer üçün “Bornmut”a təxminən 72 milyon avro məbləğində transfer haqqı ödəyəcək.
Antuan Semenyo Premyer Liqada bu mövsüm “Bornmut”un heyətində meydana çıxdığı 20 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun performansı Avropa nəhənglərinin diqqətini cəlb etməyi bacarıb.
© Copyright 2026, All Rights Reserved