Anxel Di Mariyanın yeni komandası rəsmi olaraq açıqlandı

Portuqaliyanın "Benfika" klubunda çıxış edən argentinalı cinah oyunçusu Anxel Di Mariya komandadan rəsmi şəkildə ayrılıb. Ulduz futbolçunun yeni ünvanı da bəlli olub.
90plus.az xəbər verir ki, "Benfika"da Di Mariyanın ayrılacağı artıq gözlənilən idi. O, 25 may tarixində "Sportinq" ilə keçirilən Portuqaliya Kubokunun final oyununda azarkeşlərə vida etmişdi.
37 yaşlı ulduz futbolçu karyerasına başladığı "Rosario Sentral" klubuna geri dönüb. Di Mariya ilk dəfə 2007-ci ildə "Benfika"ya transfer olunmuşdu. Bu mövsüm ərzində o, 40 oyunda meydana çıxaraq 15 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd: Ötən yay transfer dönəmində Di Mariya ilə Türkiyənin "Beşiktaş" klubu da maraqlanmış, lakin futbolçu "Benfika" ilə müqaviləsini uzatmışdı.
© Copyright 2025, All Rights Reserved