Arauxo Vinisiusu təriflədi
Ronald Arauxo: “Vinisius məni hər dəfə ən yaxşı oyunu göstərməyə məcbur edir”.
90plus.az xəbər verir ki, “El Klasiko” öncəsi “Barselona”nın müdafiəçisi Ronald Arauxo “Real Madrid”in ulduzu Vinisius Junior haqqında danışıb. Uruqvaylı futbolçu “AS” nəşrinə açıqlamasında braziliyalı hücumçunu yüksək qiymətləndirib.
Arauxo bildirib: “Vinisius möhtəşəm futbolçudur. Biz hər dəfə meydanda üz-üzə gələndə o, çox peşəkar davranır. O, müdafiəçini öz ən yaxşı oyununu göstərməyə məcbur edir. Bunu yalnız top-səviyyəli futbolçular bacarır.
Mən cəsarətli və aqressiv oyunçuları sevirəm. Vinisiusun meydandan kənarda dedikləri məni maraqlandırmır. Ən vacib olan – meydanda göstərdiyi oyundur.”
“El Klasiko” bu mövsüm də böyük maraqla gözlənilir. Görüş 26 noyabr saat 19:15-də start götürəcək.
📍La Liqa | “Real Madrid” – “Barselona”
© Copyright 2025, All Rights Reserved